Tələbə evi komissiyası

Struktur

Sədr
Nizami Z. Məmmədov
Nizami Z. Məmmədov
Sədr
Samir Quliyev
Samir Quliyev
1-ci Sədr müavini - 1 saylı Tələbə Evi
İlkin Məmmədov
İlkin Məmmədov
Rəyasət heyətinin üzvü - 2 saylı Tələbə Evi
Mübariz Əsgərov
Mübariz Əsgərov
Rəyasət heyətinin üzvü - Dəstək xidməti
Eşqin Feziyev
Eşqin Feziyev
Rəyasət heyətinin üzvü - Dəstək xidməti
Əli Əliyev
Əli Əliyev
Sədr müavini - Nümayəndə
Kömək mərkəzi

Tez-tez verilən suallar

Necə qeydiyyatdan keçə bilərəm?
Yuxarıdakı "Qeydiyyatdan keçin" düyməsinə klikləyin və 6 addımdan ibarət formu doldurun: şəxsi məlumat, təhsil məlumatı, valideyn məlumatı, sənədlər, yataqxana seçimi və şifrə. Bütün addımları tamamladıqdan sonra müraciətiniz komissiyaya göndəriləcək.
FİN kod nədir, hardan tapa bilərəm?
FİN kod şəxsiyyət vəsiqənizin üzərindəki 7 simvolluq fərdi identifikasiya nömrəsidir. Qeydiyyat formunda FİN xanasının yanındakı ⓘ işarəsinə klikləsəniz, nümunə şəkil açılıb harada yerləşdiyini göstərəcək.
Otaq seçimini necə edirəm?
Qeydiyyatın 5-ci addımında əvvəlcə tələbə evini, sonra bloku, mərtəbəni və nəhayət konkret otağı seçirsiniz. Yalnız cinsiyyətinizə uyğun və boş yeri olan otaqlar seçilə bilər.
Bütün yerlər doludursa nə baş verir?
Sistem avtomatik olaraq sizi gözləmə siyahısına əlavə edəcək — bu halda otaq seçiminə ehtiyac qalmır. Yer açılan kimi komissiya sizə otaq təyin edəcək və bu barədə xəbərdar olacaqsınız.
Müraciətimin statusunu necə izləyə bilərəm?
Qeydiyyatdan keçdikdən sonra avtomatik şəxsi kabinetinizə yönləndirilirsiniz. Orada statusunuz (gözləmədə, təsdiqləndi və ya imtina) canlı olaraq göstərilir və 15 saniyədə bir avtomatik yenilənir.
Buraxılış vərəqəsi nədir və haradan əldə edə bilərəm?
Müraciətiniz təsdiqləndikdən sonra şəxsi kabinetinizdə "Buraxılış vərəqəsini endir" düyməsi görünəcək. Bu sənəd PDF formatında olacaq və tələbə evinə yerləşərkən lazım olacaq.
Şifrəmi unutmuşam, nə etməliyəm?
Giriş səhifəsindəki "Şifrəni unutmusunuz?" düyməsinə klikləyib FİN kodunuzu daxil edin — qeydiyyat zamanı göstərdiyiniz e-poçt ünvanına bərpa linki göndəriləcək.
Ödənişi nə vaxt etməliyəm?
Müraciətiniz təsdiqləndiyi halda Sizə ödəniş ilə bağlı tarix aralığı SMS olaraq telefonunuza, ismarıc olaraq isə mail adresinizə göndəriləcək.
Müraciət təsdiqləndikdən sonra hansı sənədlər tələb olunacaq?
Müraciətiniz təsdiqləndiyi halda Şəxsi hesabınıza daxil olub ödəniş qəbzi və narkoloji test nəticəsini (sadəcə bəylər üçün) yükləməlisiniz.